Şuşanın Böyük Qaladərəsi kəndində qısaqapanma nəticəsində yanğın olub


  • 26 İyul 18:36

Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbləri polis əməkdaşları tərəfindən müəyyən olunub.

E-huquq.az xəbər veri ki, bu barədə Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Oxşar xəbərlər