Məzmuna keç

Bakıda avtomobil yandı

Bakı şəhərinin Nəsimi rayonunda “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə e-huquq.az–a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.