- 27 İyul 21:04
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib.
E-huquq.az xəbər verir ki, Yevlax şəhər ərazisində 1962-ci il təvəllüdlü İlham Mirzəyev mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.