- 16:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb.
Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.