- 6 Avqust 23:17
“Rusiyaya qarşı 30 minə yaxın qanunsuz sanksiya tətbiq edilib”.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Ölkəmizə qarşı müxtəlif dövlətlər tərəfindən təxminən 30 min qanunsuz və əsassız sanksiya tətbiq olunub ki, bunlar da beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi çərçivəsində deyil, birtərəfli qaydada və ya bir neçə ölkənin təşəbbüsü ilə qəbul edilib. Aydındır ki, belə bir siyasət dünya ticarət sisteminin ümumi balanssızlığına gətirib çıxarır”,- o bildirib.
Medvedev vurğulayıb ki, bu cür davranışların qarşısını almaq üçün ölkələr arasında üfüqi əlaqələri gücləndirmək lazımdır.
“Çoxtərəfli ticarətin təşviq olunması, onun logistik və maliyyə təminatının qurulması da az əhəmiyyət kəsb etmir”, - o qeyd edib.
Humay Eminqızı