- 6 Avqust 23:17
İsmayıllıda 26 yaşlı kişi çayda batıb.
E-huquq.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qalacıq kənd sakini 1999-cu il təvəllüdlü Faiq Qurbanov çayda çimmək istəyərkən suda batıb.
Əraziyə xilasedicilər cəlb olunub, axtarışlar davam edir.