Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı - FOTO - YENİLƏNİB


  • 18:03

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, Sabirabadda azyaşlıya qarşı edilən əxlaqsız hərəkətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olan kimi dərhal Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon Polis Şöbəsi faktla bağlı məlumatlandırılıb.

O bildirib ki, hazırda Komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən digər zəruri tədbirlər görülür.

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib.

Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir

Oxşar xəbərlər