Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğuldu


  • 18:50

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

E-huquq.az xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər