23.10.2026
Lənkəranda boğulmaqda olan gənc xilas edildi
Hadisə

Lənkəranda boğulmaqda olan gənc xilas edildi

Avq 3, 2025

Lənkəranda boğulma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisindəki çimərliklərdən birində qeydə alınıb.

Dənizin nisbətən dərin hissəsinə doğru üzən gəncin batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb sahilə çatdırıblar.

Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.