- 6 Avqust 23:01
Lənkəranda ikimərtəbəli ev tamamilə yanıb.
E-huquq.az xəbər verir ki, yanğın hadisəsi rayonunun Boladi kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Vasif İsa oğlu Məlikova məxsus ikimərtəbəli evdə yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri cəlb olunub.
Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.