Azərbaycanda dəhşətli qəza: 7 nəfər öldü - YENİLƏNİB


  • 7 Avqust 09:17

Şəmkir rayonunda baş vermiş ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, ağır qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və Arif Bağıov( 1966) həlak olub.

Şahniyar Pənahova (1975), Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlova (1970) xəsarət alıblar.

***

Şəmkirdə ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər