Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.
E-huquq.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "OPEL" markalı minik maşını "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb
