Abşeronda evlərdən oğurluq edən 3 şəxs saxlanıldı


  • 9 Avqust 19:34

Abşeron rayonunda evlərdən oğurluq edən 3 şəxs saxlanılıb

E-huquq.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Belə ki, Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb, ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər