Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu


  • 10 Avqust 11:13

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Z.Bağırova məsuliyyətə cəlb olunub.

Oxşar xəbərlər