Ağdamın Novruzlu kəndində yanğın oldu - VİDEO


  • 10 Avqust 13:02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Oxşar xəbərlər