Məzmuna keç

Zaqatalada obyektdə yanğın oldu

Zaqatala şəhərində ümumi sahəsi 60 m² olan obyektin yanar konstruksiyaları yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.