Məzmuna keç

Qubada 52 yaşlı kişi evində yanaraq öldü

Qubada evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov yanaraq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib.

Belə ki, Telman Əhmədov özünə məxsus yaşayış evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətləri nəticəsində mətbəxdə ölüb.