Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlandı


  • 13 Avqust 23:37

Şair, nasir, jurnalist Kəramət Şükürovun Bakıda küçədə meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.

Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.

Oxşar xəbərlər