Naxçıvanda ağır qəza: vəzifəli şəxs öldü - FOTO


  • 12:22

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və Babək rayon Naxışnərgiz kənd sakini, 27 yaşlı Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.

Möhlət Zamanov Naxçıvan Şəhər Maliyyə İdarəsinin Xəzinə əməliyyatı sektorunun müdiri olub.

Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər