Azərbaycanda zəlzələ oldu - YENİLƏNDİ


  • 11:02

Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.

***

10:51

Tovuz rayonunda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar Tavuş vilayətinin Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə qeydə alınıb.

***

09:08

Tovuz rayonunda 3,5 ballıq zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət Bakı vaxtı ilə saat 08:31-də qeydə alınıb.

Oxşar xəbərlər