Xırdalanda ev yandı - VİDEO


  • 09:28

Xırdalan şəhərinin Süleyman Rüstəm küçəsində fərdi yaşayış evində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər