- 22:33
Avqustun 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.