Ağdamda 2 ton çətənə bitkisi məhv edildi


  • 16 Avqust 13:30

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfiədən "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən 1560 ədəd çətənə bitkisi toplanılıb və yandırılıb.

Ümumilikdə, məhv edilən çətənə bitkilərinin çəkisi 2 ton təşkil edib.

Oxşar xəbərlər