Azərbaycanda 55 cinayətin üstü açıldı, 45 nəfər saxlanıldı


  • 16 Avqust 14:34

Avqustun 15-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Oxşar xəbərlər