Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldı


  • 16 Avqust 17:45

Sumqayıtda oğurluq hadisələri qeydə alınıb.

Bu barədə e-huquq.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar.

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər