- 16 Avqust 22:33
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı və Naxçıvan şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə e-huquq.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.