Yasamalda yanan mənzil söndürüldü - VİDEO


  • 09:30

Bu gün Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olub.

E-huquq.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.

Oxşar xəbərlər