Məzmuna keç

Bakıda qəza hava limanı istiqamətində sıxlığa səbəb oldu –

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən e-huquq.az-a verilən məlumata görə, qəza səbəbindən hava limanı istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.