Müəllimləri daşıyan mikroavtobus aşdı - 20 yaralı var


  • 09:25

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

E-huquq.az-ın məlumatına görə, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

****

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

E-huquq.az-ın məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər