Qəbələdə yol qəzası baş verib - Ölən var


  • 09:10

Qəbələdə avtomobilin vurduğu piyada ölüb.

E-huquq.az xəbər verir ki, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi "Hundai Veracruz" markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

Qadın aldığı xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər