Beyləqanda nişan mərasimindən qayıdanlar qəzaya düşdü


  • 10:46

Beyləqanda nişan mərasimindən dönənlər avtomobil qəzasına düşüblər.

E-huquq.az xəbər verir ki, hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.

Qəza zamanı 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu, onun qardaşı - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya düşənlər nişan mərasimindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər