- 18:10
Xırdalanda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə e-huquq.az-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
Abşeronda qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
2006-cı il təvəllüdlü Elmir Bədirov naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.