Bakıda avtomobilin vurduğu piyada ölüb


  • 09:16

İki gün öncə avtomobilin vurduğu piyada ölüb.

E-huquq.az xəbər verir ki, hadisə paytaxt Bakının Nizami rayonunda baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi "KiA Sorento" markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Gülər Nuralışını vurub.

Piyada xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı ə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

  • 15 Oktyabr 09:46
Bakıda istixana yandı