Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb


  • 17 Oktyabr 09:25

Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb.

E-huquq.az xəbər verir ki, hadisə oktyabrın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Mirməhərrəm oğlu Seyidov idarə etdiyi "Mercedes 208D" markalı avtomobillə piyada, 1949-cu il təvəllüdlü Şirvan İsmayıl oğlu Ağayevi vurub. 76 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, oktyabrın 16-da yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər

  • 18 Oktyabr 20:20
Sumqayıtda yanğın oldu