Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb


  • 17 Oktyabr 10:38

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə ötən gün rayonun Azad Qaraqoyunlu kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub.

Ağır xəsarətlər alan N.Cəfərova hadisə yerində ölüb.

Oxşar xəbərlər

  • 18 Oktyabr 20:20
Sumqayıtda yanğın oldu