Məzmuna keç

Şabranda qadın bıçaqlanıb, əri təslim olub

Şabranda ər arvadını bıçaqlayıb.

E-huquq.az xəbər verir ki, bu gün 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən həyat yoldaşı 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.