Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi


  • 20:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin (uşaq) fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Oxşar xəbərlər

  • 18 Oktyabr 20:20
Sumqayıtda yanğın oldu