Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı


  • 17:42

Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

  • 18 Oktyabr 20:20
Sumqayıtda yanğın oldu