ANAMA əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib


  • 13:21

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.

Bu barədə e-huquq.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.

O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Oxşar xəbərlər