Məzmuna keç

Tovuzda 29 yaşlı qadının meyiti tapıldı

Tovuz rayonunda 29 yaşlı qadının meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, Qəribli kənd sakini Dürdanə Musayevanın meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.