Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu


  • 20 Oktyabr 23:47

Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, Yasamal rayonu ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.

Oxşar xəbərlər