Məzmuna keç

Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapıldı

Oktyabrın 18-də Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.