Altı gün əvvəl avtobusun vurduğu piyada öldü


  • 09:17

Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb.

E-huquq.az xəbər verir ki, hadisə oktyabrın 18-də Xətai rayonunda qeydə alınıb.

Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi "İsuzu" markalı, 12 saylı marşrut avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Nəticədə piyada oktyabrın 23-də müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər

  • 23 Oktyabr 20:29
Biləsuvarda yanğın oldu
  • 23 Oktyabr 09:35
Füzulidə ev yandı