- 19:22
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adları məlum olub.
E-huquq.az xəbər verir ki, N. Əbilovun idarə etdiyi traktorla İ. Hüseynovun idarə etdiyi “VAZ” markalı minik avtomobili toqquşub.
Nəticədə Uğur Rəşad oğlu Hüseynov və anası, Vüsalə Rəfail qızı Hüseynova ölüb.
Səmiyə Əbülfət qızı Hüseynova, İlkin Əli oğlu Hüseynov və Yusif Rəşad oğlu Hüseynov isə ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Polis əməkdaşları hadisə yerində araşdırma aparır.
***
19:36
Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.
VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 2 nəfər hadisə yerində ölüb. 3 nəfər ağır xəsarət alıb.
Fakt araşdırılır.
Mənbə: APA