Samuxda baş verən qəzada 3 nəfər xəsarət aldı


  • 10:26

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 25 Oktyabr 08:06
Yasamalda obyekt yandı