Bakıda yanğın olan evdən meyit aşkar edildi


  • 19:52

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər