Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verdi


  • 26 Oktyabr 23:20

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər