- 14:34
Qəbələdə maşın piyadanı vurub.
E-huquq.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində baş verib.
Belə ki, İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qəbələ şəhəri ərazisində yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.