Ağstafada kafedə çalışan qadın bıçaqlandı


  • 09:10

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü E. Kiçikova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti ağır olduğundan Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə qadın rayon ərazisində yerləşən kafelərin birində işləyib. 43 yaşlı qadının kafedə tanış olduğu şəxs tərəfindən bıçaqlandığı ehtimal olunur.

Hazırda baş vermiş hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır

Oxşar xəbərlər