Dənizdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edildi - VİDEO


  • 10:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

Oxşar xəbərlər